Eksternat imtahanların nəticələri AÇIQLANDI

13 Fevral, 2026 - 11:21
Eksternat imtahanların nəticələri

Eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanlarda iştirak edən şəxslərin bilik və bacarıqları müvafiq qaydalara uyğun olaraq qiymətləndirilib və nəticələr təsdiq edilib.

Nəticələr barədə məlumat iştirakçılara SMS bildirişi vasitəsilə göndərilib.

Qeyd edək ki, eksternat imtahanlarının keçirilməsində əsas məqsəd müxtəlif səbəblərdən təhsilini yarımçıq qoymuş və ya müvafiq sinif üzrə təhsilini təsdiqləmək istəyən şəxslərə biliklərini qiymətləndirmək imkanı yaratmaqdır.