“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib

10 Avqust, 2026 - 14:13
“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, jurnalda 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu dərc edilib.

Jurnal Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün bir dildə - Azərbaycan dilində nəşr olunub. Həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri bu jurnal əsasında seçim edirlər. Jurnalda “Azərbaycan bölməsi”, “rus bölməsi” və “Azərbaycan və rus bölmələri üzrə birgə” qəbul aparılan ixtisaslar təqdim olunub.

Jurnalda müvafiq ixtisaslarla bağlı vacib qeydlərlə mütləq tanış olaraq seçiminizi edə bilərsiniz.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.