ADA İtaliya universitetləri ilə birgə doktoranturaya qəbul elan edir
ADA Universiteti İtaliyanın aparıcı ali təhsil müəssisələri — Bolonya Universiteti, Milan Politexnik Universiteti və Turin Politexnik Universiteti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən doktorantura proqramlarına sənəd qəbulu elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul olunan namizədlər kənd təsərrüfatı və qida elmləri, memarlıq və dizayn, eləcə də kompüter və elektrik mühəndisliyi kimi innovativ sahələr üzrə təhsil alaraq ADA Universitetinin gələcək elmi-tədqiqat və akademik inkişafına töhfə verəcəklər.
Son müraciət tarixi: 8 yanvar 2027-ci il
Ətraflı məlumat və qeydiyyat: https://ada-56243.app451.sites.451.io/




