Adambaşına maliyyələşmə sisteminə keçən peşə məktəblərinin sayı artırılacaq

20 Noyabr, 2024 - 21:47

Növbəti ildə əlavə peşə təhsili müəssisələrinin adambaşına maliyyələşməyə keçidi planlaşdırılır və bu məqsədlə dövlət büdcəsində əlavə 7.2 milyon manat olmaqla, ümumilikdə 24.7 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

"Azərbaycan müəllimi xəbər verir ki, bunu "Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, .Azərbaycan Prezidentinin “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Fərmanına əsasən, hazırda 7000 tələbəni əhatə edən 8 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə tətbiq olunur. 

Nazirin sözlərinə görə, 2024-2025-ci tədris ilində 72 peşə təhsil müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu  aparılıb. Peşə təhsili müəssisələrinə 85 faizi dövlət sifarişli, 15 faizi isə ödənişli olmaqla, ümumilikdə 24821 nəfər qəbul olub. 2020-ci illə müqayisədə peşə təhsili müəssisələrinə qəbul olanların sayı 60% artıb.