ADAU-da diferensial əməkhaqqı sistemi tətbiq olunacaq
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyətinin fəaliyyətinin səmərəliliyinin artırılması və nəticəyönümlü idarəetmənin təmin edilməsi məqsədilə diferensial əməkhaqqı sistemi tətbiq ediləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, sistem 2026-cı ilin yanvar ayından etibarən tətbiq olunacaq, professor-müəllim heyətinin tədris və elmi fəaliyyəti, peşəkar inkişafı və ictimai fəallığı üzrə ümumi qiymətləndirmə nəticələrinə əsaslanacaq. Qiymətləndirmə prosesi müəyyən olunan qaydalara əsasən həyata keçirilir.



