ADNSU Çinin Fudan Universiteti ilə əməkdaşlıq edəcək

25 Dekabr, 2025 - 13:50
ADNSU Çinin Fudan Universiteti ilə əməkdaşlıq edəcək

Dekabrın 24-də Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fudan Universitetinin Layihə əməkdaşlığı qrupunun rəhbəri Tian Xiaohongun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində qonaqlarla ADNSU-nun rektoru, dosent Rüfət Əzizov arasında görüş keçirilib. Görüş zamanı iki universitet arasında elm, təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Tərəflər birgə elmi layihələrin icrası, tələbə və müəllim mübadiləsi, eləcə də innovasiya və texnologiya sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fudan Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və gələcəkdə ortaq layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.