ADNSU-nun rektoru "Qlobal universitetlər dəyirmi masası"nda iştirak edib

5 Fevral, 2026 - 10:22
ADNSU-nun rektoru "Qlobal universitetlər dəyirmi masası"nda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumətləri Sammiti çərçivəsində təşkil olunmuş “Qlobal universitetlər dəyirmi masası”nda iştirak edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq tədbirdə ali təhsil müəssisələrinin qlobal çağırışlar fonunda dəyişən rolu, innovativ yanaşmaların tətbiqi, eləcə də dayanıqlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. Dəyirmi masa formatında keçirilən görüşdə müxtəlif ölkələri təmsil edən nüfuzlu universitetlərin rəhbərləri və akademik nümayəndələri öz baxış və təcrübələrini bölüşüblər.

Tədbir çərçivəsində dosent Rüfət Əzizovun Birləşmiş Ərəb Əmirlikləri Universitetinin rəhbərliyi ilə görüşü də keçirilib. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələrinin icrası və akademik tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, hazırda Birləşmiş Ərəb Əmirlikləri Universitetinin maliyyə dəstəyi ilə ADNSU-da beş tədqiqat layihəsi icra olunur və bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.