ADPU-da Skandinaviya ölkələrində məktəbəqədər təhsillə bağlı infosessiya keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzi tərəfindən “Skandinaviya ölkələrində məktəbəqədər təhsil və kurikulum” mövzusunda məlumatlandırıcı sessiya təşkil edilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əyani formada keçirilən infosessiyada təqdimatla çıxış edən Stokholm Universitetinin müəllimi Nəzrin Mansurzadə Reggio Emilia pedaqoji yanaşması, Skandinaviya kurikulumu və məktəbəqədər təhsildə demokratiya prinsipləri barəsində geniş məlumat verib.
Sessiyanın sonunda iştirakçılara sertifikat təqdim olunub.



