ADPU məzunlarının 89%-i MİQ-də uğur qazanıb

17 Sentyabr, 2026 - 09:52
ADPU məzunlarının 89%-i MİQ-də uğur qazanıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunları müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanda uğurlu nəticə göstəriblər.

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki,2026-cı ildə ADPU-nun bakalavriat səviyyəsini normativ təhsil müddətində başa vuran 2278 nəfərdən 1163 nəfəri məzun əmək bazarına daxil olub.

Onlardan 901 nəfəri MİQ imtahanlarında iştirak edib və 805 nəfər, yəni 89 faizi keçid balını toplayaraq seçim etmək hüququ qazanıb.