ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib

7 Aprel, 2025 - 09:59
ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib
ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib
ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib
ADPU-nun Quba filialında nümunəvi dərs keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tərbiyə işində valideyn-övlad münasibətlərinin pedaqoji əsasları” mövzusunda situasiya təhlilinə əsaslanan dərs nümunəsi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, nümunəvi dərs ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin (ETM) “ADPU-nun filiallarında tədqiqata əsaslanan yeni məzmunlu təhsilin təşkilində müasir təlim texnologiyalarının tətbiqi (Quba filialının nümunəsi əsasında)” mövzusunda layihə çərçivəsində həyata keçirilib.

Filialın direktoru dosent Yusif Alıyev, ETM-in müdiri dosent Ərəstun Mehdiyevin də qatıldığı nümunəvi dərsdə filialın professor-müəllim heyəti iştirak edib.

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova tərəfindən aparılan nümunəvi dərs böyük maraqla qarşılanıb.

Dərsdən sonra müasir təlimin forma və modellərinin tətbiqi mövzusunda müzakirələr aparılıb.