ADPU-nun Quba filialında WUF13-ə həsr olunmuş elmi-praktik seminar keçirilib

12 Mart, 2026 - 14:30
ADPU-nun Quba filialında WUF13-ə həsr olunmuş elmi-praktik seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında may ayında Bakı şəhərində keçiriləcək WUF13 – Ümumdünya Şəhərsalma Forumu ilə bağlı maarifləndirmə məqsədi daşıyan “Davamlı şəhərlər və gələcəyin inkişaf strategiyaları” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Filialdan “Azərbaycan müəllimi”nə verilən məlumatda bildirilir ki, tədbir müvafiq tədbirlər planlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq keçirilib. 

Seminar Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra WUF13-ə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.

Tədbirdə rayonun müxtəlif struktur və qurumlarının nümayəndələri iştirak ediblər. Bu da filialın yerli ictimai institutlarla əməkdaşlığının və cəmiyyətə açıq fəaliyyət modelinin göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır. 

Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib.

Seminarın açılış nitqi ilə filialın direktoru, professor Yusif Alıyev çıxış edib. O, tədbirin əhəmiyyətindən bəhs edərək davamlı şəhər inkişafı, ekoloji təhlükəsizlik, ekoloji çirklənmənin qarşısının alınması, minalanmış ərazilərin yaratdığı problemlər və bu istiqamətdə görülən işlər barədə ətraflı fikirlərini bölüşüb.

Çıxışda Azərbaycanın qlobal təşəbbüslərdə fəal iştirakı xüsusi vurğulanıb, WUF13 kimi mühüm beynəlxalq platformanın ölkəmizdə keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, COP29 kimi qlobal tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə verdiyi töhfələrdən danışılıb.

Professor Yusif Alıyev mövzunun tarixi aspektlərinə də toxunaraq şəhərsalma ideyalarının Azərbaycan ictimai fikir tarixində qədim köklərə malik olduğunu qeyd edib, “Molla Nəsrəddin” jurnalında urbanistik məsələlərin əksini tapdığını xatırladıb, görkəmli memar Zivər bəy Əhmədbəyovun şəhərsalma sahəsində xidmətlərini diqqətə çatdırıb.

Tədbirdə həmçinin Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov çıxış edərək davamlı şəhər inkişafı, regional inkişaf strategiyaları və dövlət səviyyəsində həyata keçirilən proqramlar barədə fikirlərini bölüşüb.

Seminarda “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin direktoru Sevil Allahverdiyeva, Quba Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi Qənbər Abdullayev, Şahdağ Milli Parkının elmi işçisi Şahbala Salmanov, Quba 1 saylı Mediasiya Təşkilatının rəhbəri Hümmət Əliyev və ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva çıxışlarında davamlı inkişaf, ekoloji təhlükəsizlik, hüquqi tənzimləmə və icma əsaslı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Elmi müzakirələrin sonunda WUF13-ə həsr olunmuş “Davamlı şəhərlər və gələcəyin inkişaf strategiyaları” mövzusunda keçirilən elmi-praktik seminarın yekun Qərarı oxunub.