ADPU-nun rektoru imtahanların gedişi ilə tanış olub

4 İyun, 2025 - 15:04

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yaz semestrinin imtahan sessiyasına start verilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iyunun 4-də rektor professor Cəfər Cəfərov universitetdə yaz semestrinin imtahan sessiyasının gedişini izləyib.

Rektor İmtahan Qərargahı və Apellyasiya Komissiyasının işi, eyni zamanda, imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.

ADPU-da yaz semestrinin imtahan sessiyası yazılı və şifahi formada təşkil edilir və iyulun 4-dək davam edəcək. Sessiyada 9344 bakalavr, 585 magistrant olmaqla ümumilikdə 10 minədək təhsilalanın iştirakı gözlənilir.