ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib

8 Aprel, 2026 - 11:44
ADU-da "TələbəPlus" kartı ilə bağlı infosessiya keçirilib

Aprelin 3-də Azərbaycan Dillər Universitetində (ADU) "TələbəPlus" kartına həsr olunmuş infosessiya təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, məlumat sessiyasının əsas məqsədi tələbələri "TələbəPlus" kartının imkanları, təqdim etdiyi üstünlüklər və tərəfdaş şəbəkəsi barədə məlumatlandırmaq, eyni zamanda onların suallarını cavablandırmaq olub.

İnfosessiya Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektoru Şəfəq Şahməmmədovanın açılış nitqi ilə başlayıb. O, tələbələr üçün həyata keçirilən bu kimi layihələrin əhəmiyyətini vurğulayaraq, "TələbəPlus" kartının gənclərin gündəlik həyatına verdiyi töhfələrdən bəhs edib.

Daha sonra Təhsilin İnkişafı Fondunun nümayəndəsi Almaz Axundzadə çıxış edərək "TələbəPlus" kartı barədə ətraflı təqdimat edib, layihənin məqsədləri və istifadə imkanları haqqında məlumat verib. Çıxış çərçivəsində tələbələrin sualları cavablandırılıb.

Tədbirdə həmçinin layihənin tərəfdaş qurumlarından olan “Olivia Beauty & Care” şirkətinin marketinq meneceri Aygün Mirzəliyeva çıxış edərək tələbələr üçün təqdim olunan güzəştlər və imkanlar haqqında danışıb.

İnfosessiyanın davamında dermatoloq Mehriban Almazova “Tələbə həyatında dəri problemləri” mövzusunda maarifləndirici təqdimatla çıxış edib, tələbələrə dəriyə qulluq və sağlamlıqla bağlı faydalı tövsiyələr verib.

Tədbir interaktiv formatda davam edib, sual-cavab sessiyası təşkil olunub və tələbələr arasında viktorina keçirilib. Viktorinanın qalibi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, infosessiyada iştirak edən digər tələbələrə də müxtəlif hədiyyələr təqdim olunub.