Ağcabədidə intelektual oyun üzrə rayon müsabiqəsi keçirilib
Ağcabədi rayonunda ümumi təhsil məktəbləri arasında 8 Noyabr — Zəfər Gününə həsr edilmiş “Zəfər bizimdir” adlı intellektual oyun üzrə rayon müsabiqəsi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarışda Şirin Hüseynov adına 2 nömrəli tam orta məktəbin komandası I, 9 nömrəli tam orta məktəbin komandası II, Məmməd Aranlı adına 11 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Fərqlənmiş komandalara təşkilatçılar tərəfindən diplom və kuboklar təqdim olunub.


