Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib

29 Aprel, 2026 - 10:09
Ağdaş Dövlət Humanitar Kollecində müəllimlər üçün maarifləndirici təlim keçirilib

Ağdaş Dövlət Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Elza İskəndərlinin təşkilatçılığı ilə kollecin bir qrup müəllimləri üçün “Tədrisin qiymətləndirilməsi, innovativ təlim metodları və strategiyalar” mövzusunda maarifləndirici və praktiki yönümlü təlim keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimin əsas məqsədi müəllimlərin qiymətləndirmə sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, tədris prosesində müasir yanaşmaların tətbiqini təşviq etmək və tələbələrin öyrənmə fəaliyyətinə daha effektiv dəstək göstərmək olub.

Təlim zamanı iştirakçılar tədris prossesində obyektiv və şəffaf qiymətləndirmə meyarlarının hazırlanması, eləcə də tələbəyönümlü təlim strategiyalarının əhəmiyyəti barədə ətraflı məlumatlandırılıblar. Eyni zamanda innovativ təlim metodları, interaktiv dərs modelləri və müasir pedaqoji yanaşmalar praktiki nümunələr əsasında izah olunub.

Təlim interaktiv formatda təşkil edilib, müəllimlər verilmiş müxtəlif tapşırıqlar üzərində işləyib, fikir mübadiləsi aparıb və təqdimatlarla çıxış ediblər. 

Sonda keçirilən ümumi müzakirələr zamanı müəllimlər təlimin faydalı və praktik əhəmiyyətli olduğunu vurğulayıb, əldə etdikləri bilik və bacarıqları gələcək pedaqoji fəaliyyətlərində tətbiq edəcəklərini bildiriblər. Təlim müəllimlərin peşəkar inkişafına mühüm töhfə verib. 