Agentlik direktoru Qəbələdə vətəndaşları qəbul edəcək
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı fevralın 6-da Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının sakinləri üçün nəzərdə tutulub.
Vətəndaşlar qəbula yazılmaq üçün 146-7 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, həmçinin office@vet.edu.az elektron poçt ünvanına müraciət edə və ya portal.edu.az platformasından istifadə edə bilərlər.
Qeydiyyat üçün son tarix 4 fevral 2026-cı il, saat 18:00-dək müəyyən edilib.
Bildiririk ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.



