Agentlik sədri: Növbəti dörd ildə bəzi peşələr aktuallığını itirəcək
Növbəti dörd il ərzində bəzi peşələr aktuallığını itirəcək.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Dünya İqtisadi Forumunun işlərin gələcəyi hesabatına əsasən, 2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək:
"Süni intellekt bəzi mütəxəssislərin işini görərək peşələri transformsiya edəcək. Süni intellektlə bağlı Aİ dizayner, promter və sair işlər üzrə artıq vakansiyalar qoyulur. Texniki istiqamətlər üzrə insan amili azala bilər".
H.Abbasov əlavə edib ki, dünya üzrə 2017-ci ildən bəri doğulan uşaqların 60%-dən çoxunun əmək qabiliyyətli yaşa çatdıqda hansı işlə məşğul olacağı məlum deyil.



