Akademik Əjdər Məcidov vəfat edib

8 İyul, 2026 - 15:43
Akademik Əjdər Məcidov vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Əjdər Məcidov 88 yaşında vəfat edib.

"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, akademik bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Əjdər Məcidov 1966-cı ildə kimya üzrə fəlsəfə doktoru və 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.