Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM
Avqust ayının ortalarında ali təhsil müəssisələrinə ixtisas seçiminin aparılması planlaşdırılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda qabiliyyət imtahanları və apellyasiya müraciətlərinin qəbulu davam edir: “İxtisas seçimi 10 gün davam edəcək”.



