Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb

16 Mart, 2026 - 10:25
Ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanı (II mərhələ, I cəhd) 24 may və 7 iyunda keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-si keçiriləcək.

Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.