Ali təhsil müəssisələrinə ixtisas seçimi yekunlaşır
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, 18 avqust saat 09:15-ə olan məlumata əsasən, 72758 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.
Abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.



