Ali təhsil müəssisələrinin keyfiyyət təminatına həsr olunmuş simpozium keçirilib

6 Oktyabr, 2026 - 11:23
Ali təhsil müəssisələrinin keyfiyyət təminatına həsr olunmuş simpozium keçirilib

ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə ali təhsildə keyfiyyət təminatına həsr olunmuş III ADA-TKTA simpoziumu keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, simpoziumda ADA Universitetinin prorektoru Elkin Nurməmmədov, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Xəzər Universitetinin rektoru Raziyə İsayeva, bir sıra ali təhsil müəssisələrinin (ATM) keyfiyyət təminatı bölmələrinin rəhbərləri və nümayəndələri, həmçinin yerli və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Elkin Nurməmmədov son illər Azərbaycanda təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində əldə olunan mühüm irəliləyişlərə diqqət çəkərək, tədbirin bu istiqamətdə təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ali təhsildə keyfiyyət təminatı sistemlərində müşahidə olunan yeni tendensiyalar, eləcə də bu sahədə gözləntilərə dair təqdimatla çıxış edib.

Simpoziumun davamı olaraq institusional akkreditasiya qiymətləndirməsində uğurlu nəticə əldə etmiş bir sıra ATM-lərin rektorlarının iştirakı ilə panel müzakirəsi keçirilib. Panel müzakirəsində TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin aparıcı məsləhətçisi Mehparə Yusiflinin moderatorluğu və SDU-nun rektoru Nurəli Yusifbəyli, ADNSU-nun rektoru Rüfət Əzizov, ADAU-nun rektoru Zəfər Qurbanov, Xəzər Universitetinin rektoru Raziyə İsayevanın iştirakı ilə “Akkreditasiyadan sonrakı dövrdə institusional inkişaf strategiyaları” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

TKTA-nın Analitik təhlil şöbəsinin rəhbəri Elçin Cəfərov seminar çərçivəsində “Daxili keyfiyyət təminatı: monitorinq və qiymətləndirmə mexanizmləri” mövzusu ətrafında ATM-lərdə daxili keyfiyyət təminatının əhəmiyyəti, monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi barədə məlumat verib.

Daha sonra Almaniya Federativ Respublikasının Potsdam Universitetinin Keyfiyyətin İnkişafı Mərkəzinin rəhbəri Frank Niedermeier daxili və xarici keyfiyyət təminatının əlaqələndirilməsi və tədris proqramlarının keyfiyyətinin təminatı üzrə təcrübəsini bölüşüb.

Tədbirdə çıxış edən ADA Universitetinin Keyfiyyət Təminatı və Akkreditasiya şöbəsinin rəhbəri Maurus Roller tədris və öyrənmədə tələbə kompetensiyalarının inkişafına dair iştirakçılara məlumat verib.

Qeyd edək ki, simpoziumun keçirilməsində məqsəd ölkə üzrə keyfiyyət təminatı sahəsində çalışan ATM-lərin nümayəndələrini bir araya gətirərək fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdan ibarətdir.

Tədbirin ikinci günündə simpozium öz işini ATM-lərdə təhsil proqramlarının hazırlanması, təkmilləşdirilməsi və keyfiyyət təminatı kimi mövzularla davam etdirib.

Simpoziumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.