Alimlər ən sürətli ekzoplaneti aşkar ediblər

13 Fevral, 2025 - 17:50
Alimlər ən sürətli ekzoplaneti aşkar ediblər

Astronomlar qalaktikanın mərkəzində fırlanan bir cüt zəif ulduz aşkar ediblər. 

“Azərbaycan müəllimi” “The Astronomical Journal”a istinadla xəbər verir ki, bu ulduzların sürəti təsdiqlənərsə, ekzoplanet sistemi üçün yeni rekorda imza atılacaq. Bu da Günəş sisteminin Süd Yolu boyunca sürətindən təxminən iki dəfə çox olacaq.

Planet sisteminin saatda ən azı 1,2 milyon mil (saniyədə 540 km) sürətlə hərəkət etdiyi güman edilir. Merilend Universiteti və NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin tədqiqatçısı Sen Terri bildirib ki, bu kəşf Venera və Yer orbitləri arasında olan aşağı kütləli ulduz ətrafında fırlanan super-Neptun ola bilər.

Bu ulduz cütlüyü ilk dəfə 2011-ci ildə mikrolinzinq tədqiqatı zamanı aşkarlanıb. Mikrolinzinq kütlənin məkan və zamanı əyməsi nəticəsində baş verir və ulduzun işığını əyməklə görünüşünü dəyişdirir. Bu hadisə nəticəsində həmin göy cismi aşkarlanıb.

Tədqiqatçılar kütlə nisbətini müəyyən etsələr də, dəqiq kütlələri müəyyən etmək çətindir. İlkin araşdırmalarda bu bir cüt göy cisminin ya kütləsi böyük olan ulduz və ya ağır planet olduğuna dair fərqli ehtimallar irəli sürülüb.

Yeni araşdırmalarla isə ulduzun yüksək sürətinin qalaktikamızın hərəkət sürətini keçə biləcəyi proqnozlaşdırılır. 

Alimlər ən sürətli ekzoplaneti aşkar ediblər
Alimlər ən sürətli ekzoplaneti aşkar ediblər