Almaniya və Danimarkada məktəblərə bomba təhdidi barədə məktublar göndərilib

23 Noyabr, 2026 - 16:30
Almaniya və Danimarkada məktəblərə bomba təhdidi barədə məktublar göndərilib

Almaniya və Danimarkada çoxsaylı məktəblərə elektron poçt vasitəsilə bomba hədələri göndərilib.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın müxtəlif bölgələrində yüzlərlə təhsil müəssisəsinə təhdid məktubları daxil olub. 

Təhdidlərin kim tərəfindən və hansı məqsədlə göndərildiyi hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Polis ilkin araşdırmalara əsasən, təhdidlərin real olmadığını və məktəblərin fəaliyyətini adi qaydada davam etdirməli olduğunu bildirib.

Danimarkada da bir sıra məktəblərə bomba hədələri göndərildiyi bildirilir. Ölkənin polisi təhdidlərlə bağlı araşdırma aparıldığını, lakin hazırda narahatlıq üçün əsas olmadığını açıqlayıb.

Qeyd edək ki, ötən həftə İspaniyada 10-dan çox məktəb bomba hədələri səbəbindən boşaldılıb. Bu ayın əvvəlində isə İtaliyada minlərlə məktəbə göndərilən təhdid məktublarından sonra təxliyələr həyata keçirilib.