AMEA prezidenti: Struktur islahatları bundan sonra da davam etdiriləcək

20 Fevral, 2025 - 12:09
AMEA prezidenti: Struktur islahatları bundan sonra da davam etdiriləcək
AMEA prezidenti: Struktur islahatları bundan sonra da davam etdiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatlarının bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli akademiyanın Ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, akademiyada müstəqil Azərbaycan dövlətinin müasir çağırışlarına cavab verən və bu istiqamətdə tədqiqatların aparılmasına imkan yaradan yeni şöbələr yaradılıb:

“AMEA-da beynəlxalq əlaqələr də inkişaf edir. Biz süni intellekt və texnologiyaların humanitar və ictimai elmlər sahəsində də tətbiqini əhəmiyyətli hesab edirik”.