“Ana dili – Azərbaycan məktəbi” layihəsinin dərsləri başlayıb
“Ana dili – Azərbaycan məktəbi” layihəsinin dərslərinə start verilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, “Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Hazırda 250-dən çox şagird dərslərə qoşularaq bu maarifləndirici təşəbbüsün bir parçasına çevrilib.



