Anar İsgəndərov: Məktəb və bağçaların tikintisi üçün ayrılan vəsait artırılmalıdır
“Bəzi bölgələrdə şagird sayının azalması, ailələrin müxtəlif sosial səbəblərdən miqrasiya etməsi və məktəblərin şagird qəbulunda çətinliklərlə üzləşməsi köklü həll tələb edən məsələlərdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Anar İsgəndərov təhsil tələbə kreditlərinin əlçatanlığının artırılmasının vacibliyini də vurğulayıb. O, Təhsil Tələbə Krediti Fondunun ehtiyacı olan hər bir tələbənin təhsilini davam etdirməsinə imkan verəcək mexanizmləri genişləndirməsini vacib sayıb.
Bildirib ki, məktəb və bağçaların tikitisi ilə bağlı ayrılan vəsait artırılmalıdır.
Komitə sədri müəllimlərin sertifikatlaşdırılması prosesini keyfiyyətli kadr potensialının formalaşdırılmasına xidmət etdiyini, sağlam müəllim mühitinin yaradılmasına mühüm töhfə verdiyini də nəzərə çatdırıb.
Komitə sədri vurğulayıb ki, məktəb və bağçaların tikitisi üçün ayrılan vəsait artırılmalıdır.



