Anar Nağıyev: 1000-ə yaxın müəllim 20-dən çox məktəblə koordinasiyalı fəaliyyət göstərir
"Beynəlxalq konfrans pedaqojiyönümlü ali təhsil müəssisələrində inklüziv təhsilin öyrənilməsi, uyğun mühitin formalaşdırılması, məzmunun hazırlanması və bacarıqların inkişafına xidmət edən mühüm bir platforma rolunu oynayır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” mövzusunda IV beynəlxalq elmi-praktik konfransda söyləyib.
Rektor qeyd edib ki, Bakı Slavyan Universiteti olaraq digər tərəfdaşlarla birlikdə əlilliyi olan və sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin təşkili istiqamətində qarşıya qoyulan vəzifələr icra edilir. Layihə çərçivəsində indiyədək 900-ə yaxın tədbir keçirilib, 1000-ə yaxın müəllim paytaxtdakı 20-dən çox məktəblə koordinasiya şəkildə fəaliyyətə cəlb olunub”.



