Araz Paşayev: 980 nəfər fevral ayında sanatoriya- kurort yollayışlarından istifadə edib

3 Mart, 2026 - 20:05
Araz Paşayev: 980 nəfər fevral ayında sanatoriya- kurort yollayışlarından istifadə edib

İttifaq üzvləri üçün sanatoriya və istirahət mərkəzlərindən istifadə imkanları genişləndirilir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi "Facebook" səhifəsində ETİHİ üzvlərinin fevral ayı üzrə yollayış göstəricilərini paylaşıb.

 Komitə sədri paylaşımında qeyd edib ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi fevral ayında ittifaq üzvlərinə sanatoriya-kurort yollayışları təqdim edərək onların Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərindən yararlanmasına şərait yaradıb.Belə ki, üzvlər e-AHİK elektron rezervasiya sistemi (www.e-ahik.az) vasitəsilə qeydiyyatdan keçərək bu imkandan faydalanıblar.

Qeyd olunub ki, ay ərzində ümumilikdə 980 nəfər yollayışlardan istifadə edib.