Araz Paşayev: ETİHİ-də qadınların rolu böyükdür
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsində qadınlar həm üzvlük sayına, həm də təhsil mühitindəki fəallığına görə mühüm rol oynayırlar.
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Komitə sədri paylaşımında qeyd edib ki, ETİHİ-nin 278 min 887 qadın üzvü var: "Bu göstərici təhsil sahəsində qadınların güclü mövqeyə malik olduğunu aydın şəkildə nümayiş etdirir.
ETİHİ sistemində qadınların geniş təmsil olunması təhsilin inkişafında, sosial həmrəyliyin güclənməsində və gələcək nəslin yetişdirilməsində qadınların rolunun nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir".



