ARTİ-nin Metodik Dəstək Mərkəzi Məktəbin İnkişaf Planı üzrə illik hesabat görüşlərini davam etdirir

25 Oktyabr, 2024 - 15:30

22-24 oktyabrda Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində məqsədlərin icrasını qiymətləndirmək üçün Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi MİP həyata keçirilən məktəblərdə görüşlər təşkil edib.

İnstitutdan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşlər 111, 159, 18, 38 və 162 nömrəli tam orta məktəblərin rəhbər və pedaqoji heyəti ilə keçirilib.

Müzakirələrdə şagird nailiyyətlərini artırmaq üçün məktəbin dəstəkləyici mühiti, müəllimlərin metodik bacarıqlarının inkişafı və görülən işlərin nəticələri dəyərləndirilib. Həmçinin fənn müəllimlərinin fikirləri dinlənilib və onlara tövsiyələr verilib.

Qeyd edilib ki, digər MİP reallaşdırılan məktəblərdə də hesabat görüşləri davam edəcək.