Arxeoloqlar 1300 illik artefakt tapıblar
Norveçdə Lendbreen buzlağında tədqiqat aparan arxeoloqlar təxminən 1300 il əvvələ aid bir sıra artefaktlar, o cümlədən taxta xizəklər və digər əşyalar aşkar ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, artefaktlar buzlaqların əriməsi nəticəsində ortaya çıxıb.
Tapılan xizəklərin uzunluğu təxminən 1,5 metr, eni isə 15 santimetrdir.
Uzun illər buz altında və oksigensiz qaldıqları üçün zərər görməyən əşyalar tarixçilər üçün yeni məlumat mənbəyinə çevrilib.
Arxeoloqlar qeyd edirlər ki, bu cür tapıntılar təkcə Lendbrin buzlağında deyil, ətraf ərazilərdə də qeydə alınır. Belə hesab edilir ki, qədim insanlar bu bölgədən ticarət yolları və otlaq sahələri üçün istifadə ediblər.
Mütəxəssislər buzlaqların əriməsi nəticəsində daha çox qədim əşyanın və tarix haqqında yeni faktların ortaya çıxacağını düşünürlər.



