Asif Cahangirov: Müəllim-şagird-valideyn prizması keyfiyyətli təhsilin bünövrəsidir
"Müasir dövrün şagirdlərinin əvvəlki dövrdən fərqli xüsusiyyətlərini anlamaq lazımdır. Müasir uşaqlar məcburiliyi qəbul etmirlər. Tədris prosesində peşəkarlıq uğurlu təhsil və nailiyyətli gəncliyin qurulması deməkdir" .
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Qarabağ Təhsil Forumunda çıxış edən Avropa Azərbaycan Məktəbinin direktorunun müşaviri Asif Cahangirov səsləndirib.
Direktor müşaviri təhsil müəssisələrində qurulan qarşılıqlı və uğurlu əməkdaşlığın müsbət nəticələrinin oldğunu qeyd edib.
"Müəllim-şagird-valideyn prizması qorunmalıdır. Bu keyfiyyətli təhsilin bünövrəsidir. Bu əməkdaşlıqda şagirdə dəstək ön planda olmalıdır. Əməkdaşlıqda tərəflər bir-birinə bağlıdır, əgər tərəflərdən hansısa birində zəiflik olarsa, balanslaşma pozulur bu da keyfiyyətə təsir göstərir.
Valideyn-müəllim əlaqəsi olmadıqda şagirdlərin istər şəxsiyyət kimi formalaşması, istərsə də akademik göstəriciləri zəif olur. Tədris prosesində zəif olan şagird başa düşüləcəyinə, ona dəstək göstəriləcəyinə inanmalıdır".



