Atletika böyük səbir və iradə tələb edir - Çempionlar yetişdirən astaralı müəllim 

16 İyun, 2026 - 09:47
Atletika böyük səbir və iradə tələb edir - Çempionlar yetişdirən astaralı müəllim 

Məktəblərdə fiziki tərbiyə dərsləri zamanı diqqətçəkən bir şagirdin gələcəyin çempionuna çevriləcəyini bəzən ilk baxışdan müəyyən etmək olur. Bunun üçün isə peşəsini sevən, istedadı vaxtında görən və onu düzgün istiqamətləndirən müəllimlərə ehtiyac var. “Azərbaycan müəllimi”nin budəfəki müsahibi Astara şəhəri Ceyhun Babayev adına liseyin fiziki tərbiyə müəllimi, Azərbaycan Atletika Federasiyasının Astara bölgəsi üzrə nümayəndəsi, atletika üzrə veteran idmançı Rəşad Əliyev də məhz belə müəllimlərdəndir.

19 mart 1980-ci ildə Astara şəhərində anadan olan Rəşad Əliyev 1986-1997-ci illərdə M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. İdmana olan marağı onu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına aparıb. 1998-2002-ci illərdə akademiyada “Atletika” ixtisası üzrə təhsil alan Rəşad müəllim uşaqlıq illərindən sevdiyi bu idman növünə sadiq qalıb. Atletika ilə bağlı ilk addımlarını erkən yaşlarında atan müəllim 32 yaşından etibarən həvəskar şəkildə rayon və ölkə birinciliklərində keçirilən yarışlarda iştirak etməyə başlayıb. Onun əzmkarlığı və məqsədyönlü fəaliyyəti qısa müddətdə öz bəhrəsini verib. Belə ki, 2012-2019-cu illər ərzində kişilər arasında keçirilən kross qaçışı üzrə ölkə birinciliklərində üç dəfə ölkə üçüncüsü olub. Bundan başqa, yaşı 35-dən yuxarı veteran idmançılar arasında 10 kilometr məsafəyə qaçış üzrə beş dəfə Azərbaycan çempionu adına layiq görülüb.

Rəşad Əliyev həmçinin “Küləyə qalib gəl” devizi altında təşkil olunan Bakı marafonlarında da iştirak edib. 21 kilometrlik məsafədə keçirilən bu yarışlar onun idman həyatının mühüm mərhələlərindən birini təşkil edir.
2020-ci ildən etibarən məşqçilik fəaliyyətinə başlayan Rəşad müəllim Astara gənclərinin sağlam həyat tərzi keçirməsi, atletikaya maraq göstərməsi və ölkə birinciliklərində iştirak etməsi istiqamətində ardıcıl iş aparır.

Azərbaycan Atletika Federasiyasının Astara rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərən müəllim son illərdə rayon atletikasının inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi ilə 2021-ci ildən bu günədək Azərbaycan Atletika Federasiyasının təqvim planına uyğun keçirilən ölkə yarışlarının əksəriyyətində Astara komandası iştirak edib. Bu müddət ərzində Astara atletləri uğurlu nəticələr əldə etməklə yanaşı, yığma komandanın heyətinə də idmançılar qazandırıblar. Belə ki, rayonun iki idmançısı Azərbaycan yığmasının tərkibinə cəlb olunub. Rəşad Əliyevin yetirmələrindən Rüfət Məmmədov 2023 - 2024-cü illərdə 100 və 200 metr məsafələrə qaçış üzrə üç dəfə ölkə birinciliyinin qalibi olub. Digər yetirməsi Nabil Cəfərov isə 800 metr məsafəyə qaçış üzrə ölkə yarışlarında üçüncü yerə layiq görülüb. Hazırda yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü olan Yusif Qulamov müəllimin yetişdirdiyi perspektivli atletlərdəndir. Gənc idmançı 2025-ci il Yay Çempionatında 400 metr məsafəyə qaçış üzrə üçüncü yerə layiq görülərək növbəti uğura imza atıb.

Rəşad Əliyev atletikanın çətin idman növü olduğunu vurğulayır. Onun sözlərinə görə, bu idman növü ilə məşğul olanların sayı azdır, ona görə ki, atletika böyük səbir, dözüm və iradə tələb edir. Məhz buna görə də o, dərs zamanı bacarıqlı və istedadlı şagirdləri müəyyən etməyə, onları atletikaya cəlb etməyə və məşqlərə yönləndirməyə çalışır.

Peşəsini və sənətini böyük sevgi ilə icra edən müəllim gələcək fəaliyyətində də Azərbaycanın idman şərəfini qoruyacaq idmançıların yetişdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirir. Onun fikrincə, məktəb və idmanın vəhdəti gələcək çempionların formalaşmasında mühüm rol oynayır. Bu gün Astara atletlərinin qazandığı uğurlar da həmin zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsidir.