Azad olunmuş ərazilərdə 6 bağçanın açılması planlaşdırılır
Qarabağda daha 6 məktəbəqədər təhsil müəssisəsinin açılması planlaşdırılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.
Qeyd edək ki, hazırda azad olunmuş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

