Azərbaycan dili – dövlət dili kimi fənninin dərs saatlarına dəyişiklik edilib

16 Sentyabr, 2026 - 11:32
Azərbaycan dili – dövlət dili kimi fənninin dərs saatlarına dəyişiklik edilib

Tədris digər dillərdə aparılan siniflərdə  Azərbaycan dili – dövlət dili kimi fənninin həftəlik dərs saatlarının miqdarı dəyişdirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki,2027-ci tədris ili üçün tədris planı"nda öz əksini tapıb.

Tədris planına əsasən, Azərbaycan dili – dövlət dili kimi fənninin dərs saatı VIII sinifdə 3 saatdan 4 saata, X sinifdə 2 saatdan 3 saata yüksəldilib.

Bununla yanaşı, X sinifdə ikinci xarici dil fənni çıxarılıb, yalnız XI sinifdə tədris olunacaq ki, onun da həftəlik dərs saatı 2-dir.