Azərbaycan əhalisinin 22,6 faizi gəncdir

15 Oktyabr, 2026 - 12:31
Azərbaycan əhalisinin 22,6 faizi gəncdir

Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,6 faizini gənclər təşkil edir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” statistik məcmuəsinin növbəti buraxılışında öz əksini tapıb.

Statistikaya əsasən, gənclərin 53,1 faizi şəhər yerlərində, 46,9 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,3 faizini qadınlar təşkil edir.