Azərbaycan ən yüksək səviyyədə insan kapitalı formalaşdırır - Səfir
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) yüksək səviyyədə insan kapitalı formalaşdırır.
"Azərbaycan müəllimi" “APA-Econimics”ə istinadən xəbər verir ki, bunu AKM-in 6-cı məzun günündə çıxışı zamanı İsrail Dövlətinin Azərbaycandakı Səfiri Ronen Krausz deyib.
Səfir qeyd edib ki, mərkəz təkcə bir təlim müəssisəsi deyil, eyni zamanda vizyonun, insanlara sərmayənin və bilik gücünə inamın rəmzidir:
“Azərbaycan və İsrail arasında həyata keçirilən bu birgə təşəbbüs kibertəhlükəsizliyin artıq sadəcə texniki bir sahə olmadığını, milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və texnoloji inkişaf üçün strateji sütun olduğunu göstərən ortaq anlayışı əks etdirir. Mərkəzin nailiyyətləri öz sözünü deyir. Yüzlərlə mütəxəssisin hazırlanması və onların dövlət və özəl sektorun əsas mövqelərinə yerləşdirilməsi əlamətdar bir uğurdur. Bu, Azərbaycanın təkcə infrastruktur deyil, həm də ən yüksək səviyyədə insan kapitalı formalaşdırdığını göstərir”.



