Azərbaycan İdman Akademiyasının tarixində ilk: Məzunu DP iştirakçısı oldu
Azərbaycan İdman Akademiyasının tarixində ilk dəfə olaraq bu ali məktəbin məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, akademiyanın “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə məzunu Aydan Hüseynova Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan London Universitet Kollecinin (UCL) "İdman təbabəti, fiziki məşq və sağlamlıq" (“Sports Medicine, Exercise and Health”) üzrə magistratura proqramına qəbul olub.



