Azərbaycan Maliyyə-İqtisad Kollecində Beynəlxalq Qadınlar Günü qeyd olunub
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə kollecin müəllimləri, tələbələri, inzibati heyəti və məzunları iştirak ediblər.
Tədbir çərçivəsində kollecin ictimai və təhsil həyatında fəal iştirak edən müəllimlər, tələbələr, inzibati heyət üzvləri və məzunlar təşəkkürnamələrlə təltif olunublar.
Bununla yanaşı, kollecin direktoru dosent Davud Davudovun müvafiq əmrinə əsasən, Beynəlxalq Qadınlar Günü münasibətilə kollecdə çalışan bütün xanım əməkdaşlara 100 AZN məbləğində mükafat təqdim edilib.
Tədbirdə qadınların cəmiyyətin inkişafında, xüsusilə də təhsil sahəsində göstərdikləri xidmətlər yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.



