Azərbaycan Milli Konservatoriyası vakansiya elan edib
Azərbaycan Milli Konservatoriyası Musiqi tarixi və nəzəriyyəsi fakültəsi üzrə vakant dekan vəzifəsinin tutulması üçün müsabiqə elan edib.
Bu barədə “Azərbaycan müəllimi”nə Azərbaycan Milli Konservatoriyasından məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər sənədlərini elan dərc olunduğu gündən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na uyğun olaraq 1 ay müddətində təqdim edə bilərlər.
Ünvan: AZ1073, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 7



