Azərbaycan müəllimləri Avropada təcrübə qazanacaqlar

13 Aprel, 2026 - 12:02
Azərbaycan müəllimləri Avropada təcrübə qazanacaqlar

Azərbaycanın müxtəlif regionlarından olan müəllim və məktəb direktorlarından ibarət “Bir Müəllimin Manifesti 2025” proqramının iştirakçıları və ADA Universitetinin heyəti beynəlxalq təhsil təcrübəsi qazanmaq məqsədilə Estoniya və Finlandiyaya yola düşüblər.

Bu barədə "Azərbaycan müəllimi"nə ADA Universitetindən məlumat verilib. 

“Bir Müəllimin Manifesti” proqramı Azərbaycanın regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının və müəllimlərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyasında həyata keçirilir. Proqram çərçivəsində iştirakçılar müasir tədris yanaşmaları ilə tanış olaraq beynəlxalq təcrübəni yaxından öyrənmək imkanı qazanırlar. 

Qeyd edək ki, “Bir Müəllimin Manifesti” proqramına qəbul üçün müraciətlər hər il iyul–avqust aylarında açıq elan olunur.