Azərbaycanda baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb
PISA 2025 tədqiqatında Azərbaycanda baza səviyyəsinə çatmayan şagirdlərin payı kəskin azalıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, PISA tədqiqatının nəticələrinə əsasən, 2025-ci ildə Bakı üzrə azərbaycanlı şagirdlər arasında baza səviyyəsi olaraq müəyyən edilmiş 2-ci səviyyədən aşağı nəticə göstərənlərin payı əvvəlki illərlə müqayisədə azalıb.
Riyaziyyatda bu pay 2022-ci ildəki 61,9 faizdən 37 faizə enib, yəni əvvəl hər üç şagirddən təxminən ikisi baza həddinə çatmırdısa, indi üçündən biridir. Təbiət elmlərində göstərici 65,9 faizdən 38,3 faizə, oxu üzrə isə 69,2 faizdən 50,9 faizə düşüb. Hər üç halda 2025-ci ilin nəticəsi təkcə 2022-ci ili yox, 2018-ci ilin göstəricilərini də (müvafiq olaraq 50,7; 57,8 və 60,4 faiz) geridə qoyub.
Qeyd edək ki, 2-ci səviyyə PISA-da minimum funksional savadlılıq həddi sayılır. Bu həddən aşağıda qalan şagird gündəlik həyatda bilik və bacarıqlarını tətbiq etməkdə çətinlik çəkir.




