Azərbaycanda peşə təhsili alan əcnəbilərin sayı artıb

29 Yanvar, 2026 - 12:45
Azərbaycanda peşə təhsili alan əcnəbilərin sayı artıb

Hazırda Azərbaycan peşə təhsili müəssisələrində ümumilikdə 88 nəfər xarici ölkə vətəndaşı təhsil alır. 

“Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, sonuncu - 2025/2026-cı tədris ilində peşə təhsili müəssisələrinə 84 nəfər xarici ölkə vətəndaşının qəbulu reallaşdırılıb.

Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində 66 nəfər, 2023/2024-cü tədris ilində isə 57 nəfər əcnəbi peşə təhsili müəssisələrinə qəbul olunub.