Azərbaycanda peşə təhsilində yaş müxtəlifliyi: 13-dən 78 yaşa qədər
Azərbaycanda peşə təhsili alan tələbələrin yaş göstəriciləri kifayət qədər geniş diapazonu əhatə edir. Belə ki, ən gənc tələbənin yaşı 13, ən yaşlı tələbənin yaşı isə 78-dir. Ölkə üzrə peşə təhsili alanların orta yaş göstəricisi 21.1-dir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu məlumatı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda keçirdiyi brifinqdə “Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda təqdimatında verib.
Onun sözlərinə görə, 13 yaşlı tələbə “Aşpaz” ixtisası üzrə Bakı Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzində təhsil alır.
Ən gənc qadın tələbənin isə 14 yaşı var. 2016-cı il təvəllüdlü həmin tələbə “Qida və içki üzrə nəzarətçi” ixtisası üzrə Kürdəmir Peşə Liseyində təhsil alır.
Ən yaşlı kişi tələbənin 76 yaşı var. 1944-cü il təvəllüdlü bu şəxs “Arıçı” ixtisası üzrə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alır.
Tələbələr arasında ən yaşlı qadın 78 yaşındadır. O həm də ölkənin peşə təhsili alan ən yaşlı tələbəsidir. Həmin qadın “Xalçaçı” ixtisası üzrə Ordubad Peşə Liseyində təhsil alır.



