Kənan Kərimzadə: Dual peşə təhsilinə maraq artıb
Azərbaycanda dual peşə təhsilinə maraq artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumatı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, 18 regionda dual peşə təhsilini seçən tələbələrin sayı 1704 olub. 2022-ci ildə 828, 2023-cü ildə 872, 2024-cü ildə isə 1273 nəfər olub.
2022-ci ildən bəri dual təhsil qruplarının sayı 44-dən artaraq 93-ə çatıb. 2002-ci idə dual peşə təhsili verən 15 müəssisə vardısa, artıq 27 peşə təhsili müəssisəsində belə qruplar fəaliyyət göstərir.
Nazir müavini dual peşə təhsili ixtisaslarının sayını da müqayisə edib. 2022-ci ildə 22 ixtisas üzrə dual peşə təhsili qrupu vardısa, ötən il belə qrupların sayı 30, bu tədris ilində isə 39-a çatıb.
Hazırda 150 işəgötürənlə əməkdaşlıq olduğunu vurğulayan nazir müavini 2022-ci bu rəqəmin cəmi 80 olduğunu vurğulayıb.



