Peşə təhsilinə ümumi orta təhsil bazasından daha çox gəlirlər - Nazir müavini

3 Aprel, 2026 - 14:15
Peşə təhsilinə ümumi orta təhsil bazasından daha çox gəlirlər

Ümumi orta təhsil bazasından peşə təhsilinə gələnlərin sayı daha çoxdur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumatı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda keçirdiyi brifinqdə peşə təhsilinin əlçatanlığından danışakən deyib. 

O məlumat verib ki, 2025-2026-cı tədris ilinin əvvəlinə olan məlumata görə, peşə təhsili müəssisələrinə təxminən 25 min ümumi orta, 16 min tam orta təhsil bazasından təhsilalan daxil olub.
 
Qeyd edək ki, 79 peşə təhsili müəssisəsində 159 ixtisas üzrə 41 min nəfər təhsil alır. Peşə təhsili müəssisələrində 3.5 min pedaqoji heyət çalışır.