Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər

19 Mart, 2026 - 13:02
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər

Martın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Roblox” qlobal platforması arasında onlayn görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, aparat rəhbəri Ceyran Rəhmətullayeva, Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Analitik təhlil və informasiya şöbəsinin müdiri Elgün Səfərov, Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağızadə, eləcə də “Yüksəliş” müsabiqəsinin qalibi Fatimə Eyyub iştirak ediblər. Həmçinin qarşı tərəfdən “Roblox” platformasının Avropa, Yaxın Şərq və Afrika üzrə ictimai siyasət üzrə baş direktoru Tim Skott, Avropa İttifaqı üzrə ictimai siyasət direktoru Xalid Hadadi, platformanın regional tərəfdaşı olan “Aretera” şirkətini təmsil edən Cənubi Qafqaz, Türkiyə, Yaxın Şərq və Şimali Afrika üzrə icraçı məsləhətçi Azad Qəribov, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə idarəedici direktor Pavel Melnikov da görüşə qatılıb.

Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycanda uşaq hüquqlarının qorunması və təhlükəsiz mühitdə inkişafının təmin olunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Rəqəmsal mühitin sürətli inkişafının bu mühitdə uşaqların qorunmasını aktuallaşdırdığını və aparılan təhlillərə əsasən bəzi platformalarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin vacibliyini qeyd edib.

O, bu kontekstdə əsas risk istiqamətləri kimi azyaşlıların naməlum şəxslərlə ünsiyyətə cəlb olunması, bullinq və kiberbullinqə məruz qalması, manipulyasiya yolu ilə nəzarətsiz mühitlərə yönləndirmə hallarını diqqətə çatdırıb.

Dövlət Komitəsi və aidiyyəti dövlət qurumlarına vətəndaşlardan, valideynlərdən, həmçinin uşaqlardan bu məsələlərlə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu və  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bu sahədə zəruri mexanizmlər, qanunvericilik təşəbbüsləri və praktiki tədbirlərin kompleks şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Platforma tərəfindən risklərin azaldılması istiqamətində müəyyən addımların atıldığına diqqət çəkən B.Muradova bu yanaşmanı əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından müsbət hal kimi qiymətləndirib.

“Roblox” nümayəndələri platformanın fəaliyyəti haqqında təqdimatla çıxış edərək, platformanın təhsil və tədris yönümlü qlobal imkanlarını, eyni zamanda istifadəçi təhlükəsizliyinin prioritet olduğunu vurğulayıblar. Yaş yoxlama sistemləri, valideyn nəzarəti alətləri və moderasiya mexanizmləri barədə məlumat veriblər. Bildirilib ki, hazırda platformada azyaşlıların qorunması, uyğun olmayan məzmunun qarşısının alınması və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Lakin bütün bu tədbirərlə yanaşı, getdikcə daha çox müşahidə olunan risklərin də mövcudluğunun uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi, valideyn nəzarət mexanizmləri, eləcə də beynəlxalq təcrübə və dövlətlərlə qlobal platformalar arasında əməkdaşlığın da artırılmasının əhəmiyyəti vurğulanıb.

Dövlət Komitəsi tərəfindən “Roblox”un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq, ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyi, oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə edilib, xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunan məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb. 

“Roblox” nümayəndələri qeyd edilən məsələlərə münasibət bildirərkən səsləndirilən iradları qəbul etdiklərini və yaxın zamanda risklərin aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüləcəyini, ilkin nəticələrin artıq aprel ayından müşahidə ediləcəyini bildiriblər. Sonda platformanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu ifadə edilib.

Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər
Azərbaycanda “Roblox”un fəaliyyəti məhdudlaşdırıla bilər