Azərbaycanlı tələbələr 10 min avrodan çox qrant qazandılar

16 Yanvar, 2025 - 12:29

Bakı Ali Neft Məktəbinin (BANM) 2 tələbəsi mübadilə proqramı çərçivəsində Portuqaliyanın Braqança Politexnik İnstitutunda təhsil alır.

BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, neft və qaz texnologiyaları ixtisasının I kurs magistr tələbələri Həqiqət Quluzadə və Aysel Novruzlu 2024/2025-ci tədris ilini həmin universitetdə davam etdirirlər.

BANM tarixində ilk dəfə olaraq magistratura səviyyəsində Braqança Politexnik İnstitutundan tələbələr iki diplom alacaqlar. Daha sonra onlar təhsillərini BANM-də davam etdirərək məzun olacaqlar. Bununla yanaşı, hər iki tələbə ümumilikdə 10140 avro məbləğində qrant qazanıb.