AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

9 Yanvar, 2025 - 16:25
AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər
AzTU tələbələri beynəlxalq təşkilatın təlimində iştirak ediblər

Sənaye mühəndisliyi və sənaye menecmenti sahəsində fəaliyyət göstərən beynəlxalq ESTİEM (European Students of Industrial Engineering and Management) təşkilatının nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) təlim keçib. 

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Karyera və Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə ESTİEM-ə üzv olan AzTU tələbələri iştirak ediblər. 

Xatırladaq ki, təşkilat tərəfindən 9-15 aprel 2024-cü il tarixlərində Portuqaliyanın Aveiro şəhərində keçirilən LXVIII Şura Toplantısında AzTU-nun iki tələbəsi Azərbaycan haqqında təqdimatla çıxış edib.